“Tottenhem” azarkeşlərini növbəti dəfə məyus edib.
"Football-plus.az" xəbər verir ki, London klubu tarixinin antirekorduna imza atıb.
“Opta”nın yaydığı xəbərə görə, bu fakt Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə ilk oyununda (2:5) qeydə alınıb. “Tottenhem” tarixində ilk dəfə bütün turnirlər daxil olmaqla ardıcıl 6 oyunda məğlub olub.
Bundan əvvəl “Tottenhem” İngiltərə premier-liqasında ardıcıl 5 məğlubiyyət almışdı. Bu seriyanın əvvəlində baş məşqçi Tomas Frank vəzifəsindən kənarlaşdırılıb və onun yerinə xorvatiyalı İqor Tudor təyin edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta