“Paris Sen-Jermen”in ulduz hücumçusu Usman Dembelenin agenti Mussa Sissoko Madrid şəhərində “Mançester Siti”nin idman direktoru Huqo Viana ilə görüş keçirib.

Offsideplus.az xəbər verir ki, bu görüş potensial transfer danışıqlarının ilkin mərhələsi kimi qiymətləndirilir, lakin hələlik rəsmi təklif və ya danışıqlar başlamayıb.

28 yaşlı fransalı futbolçu “Paris Sen-Jermen” ilə 2028-ci ilin yayına qədər müqavilədədir. Ancaq son vaxtlar klub rəhbərliyi ilə yeni müqavilənin uzadılması danışıqları müsbət getmir – tərəflər arasında maaş və digər şərtlər üzrə ciddi fikir ayrılıqları var. Buna görə də Mussa Sissoko müştərisinin gələcəyi üçün alternativ variantları araşdırmağa başlayıb.

2025-ci ilin "Qızıl Top" qalibi olan Dembele “Mançester Siti”də yüksək qiymətləndirilir və bu görüş transfer spekulyasiyalarını gücləndirib.

Görüşün Madrid-də, “Mançester Siti”nin “Real Madrid” ilə matçından əvvəl hoteldə baş tutduğu bildirilir.