AZ

UEFA Pedru Netuya qarşı intizam işi açdı

UEFA İngiltərənin "Çelsi" klubunun portuqaliyalı hücumçusu Pedru Netuya Çempionlar Liqasının 1/8 finalının ilk oyununda Fransa klubu PSJ ilə matç zamanı baş verən insidentlə bağlı intizam işi açıb.

"Unikal" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Netuya qarşı nəzarətsiz davranış və intizam qaydalarının pozulması ilə bağlı intizam proseduru başlanıb. Qaydalara əsasən, futbolçuya bir oyunluq cəza tətbiq edilə bilər.

İnsident ötən gün Parisdə PSJ ilə keçirilən oyunun əlavə vaxtında baş verib. Matçın son dəqiqələrində Netu oyundan kənarda topu götürmək istəyərkən topu verən uşaq gecikib və futbolçu bu səbəbdən onu itələyib. Nəticədə uşaq yerə yıxılıb. Qaşrılaşma zamanı Netuya cəza tətbiq edilməyib.

Seçilən
59
6
unikal.az

7Mənbələr