AZ

Məmmədli kəndində gölün daşması çirkab suları həyətlərə və evlərin zirzəmisinə doldurduVİDEO

Çirkab məhləyə dolub, üfunət ətrafı bürüyüb... Görüntülər Abşeron rayon Məmmədli kəndi, döngə 9 ünvanındandır...

"XəzərXəbər"ə müraciət edən sakinlər bildirirlər ki, bir neçə aydır yaxınlıqda yerləşən gölün daşmasına görə, çirkab sakinlərin həyətlərinə, eyni zamanda evlərinin zirzəmisinə dolub.

Sakinlər onu da bildirirlər ki, aidiyyəti qurumlara bir neçə dəfə müraciət ediblər. Ərazidən suyun çəkilməsi həyata keçirilsə də, bir neçə müddət sonra yenidən eyni vəziyyət yaranır.

İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidmətindən bildirildi ki, qeyd edilən ünvanda qurumun mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Əhali çirkab sularını qanunsuz olaraq yaxınlıqdakı gölə axıdırlar. Həmin gölün də səviyyəsi çirkab suların hesabına artaraq həyətlərə, evlərin altına dolur. Mərkəzləşdirilmiş şəbəkə olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində şəbəkələrin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Məmmədli Bələdiyyəsindən isə bildirildi ki, sabah həyətlərə, evlərin zirzəmisinə dolan suyun çəkilməsi və lyukların təmizlənməsi üçün maşınlar göndəriləcək və müvafiq işlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
19
1
xezerxeber.az

2Mənbələr