AZ

İran İsraili tezliklə məhv etməklə hədələdi

İran ordusu İsrailin tam məhv edilməsinin yaxın olduğunu iddia edib.

Moderator.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun Beynəlxalq Qüds Günü münasibətilə yaydığı bəyanatda deyilir.

"Şübhəsiz ki, İsrailin məhv edilməsi və Fələstin ərazisində bütün dinlərin və konfessiyaların təmsil olunacağı müstəqil Fələstin dövlətinin yaradılması yaxındır", - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, Əl-Qüds günü 1979-cu ildə İranın təşəbbüsü ilə təsis edilib və hər il Ramazan ayının son cümə günü qeyd olunur.

Seçilən
74
5
moderator.az

7Mənbələr