Novruz bayramına az vaxt qaldıqca şəhərin müxtəlif ərazilərində təşkil edilən bayram yarmarkalarına və bazarlara maraq daha da artır. Sakinlər bayram süfrəsi üçün lazım olan məhsulları almaq üçün alış-verişə tələsirlər...
Bəs qiymətlər necədir? Yarmarkalarda alış-veriş etmək daha sərfəlidir, yoxsa bazarlarda?
Aparılan müşahidələr göstərib ki, bazarda satılan meyvə və çərəzlərin qiyməti yarmarkalarla müqayisədə daha yüksəkdir.
Satıcıların sözlərinə görə, almanın kiloqramı 3-10 manat arasında dəyişir, portağal 6 manata, nar isə 20 manata təklif olunur. Bildirilib ki, bu il məhsuldarlığın aşağı olması səbəbindən fındıq ləpəsinin kiloqramı da təxminən 20 manata satılır.
Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsullar keyfiyyət və təhlükəsizlik baxımından nəzarətdə saxlanılır. Fermerlər məhsullarını birbaşa istehlakçılara təqdim etdiyinə görə burada süni qiymət artımı yoxdur, bu da alıcılara daha münasib şərtlərlə bazarlıq etməyə imkan yaradır. (Milli.Az)
Poliqon.info