AZ

Çin bazarındakı şiddətli rəqabət səbəbindən “BMW Group”un mənfəəti azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin bazarındakı şiddətli rəqabət səbəbindən “BMW Group”un mənfəəti azalıb.

Banco.azxəbər verir ki, “BMW”, “MINI” və “Rolls-Royce” markalarını öz tərkibində birləşdirən “BMW Group” 2025-ci ilə dair maliyyə nəticələrini açıqlayıb.

Buna əsasən, şirkət qlobal bazarlarda daralma müşahidə olunmasına baxmayaraq elektrik avtomobillərinin satışında artım qeydə alıb, lakin Çin bazarındakı itkilər və artan gömrük rüsumları səbəbindən ehtiyatlı mövqe nümayiş etdirib.

“BMW Group”un ümumi gəlirləri ötən il əvvəlki illə müqayisədə 6,3 faiz azalaraq 133 milyard 450 milyon avroya düşüb. Qrupun xalis mənfəəti isə 3 faiz azalaraq 7,45 milyard avro səviyyəsində qeydə alınıb.

“BMW”nin mənfəətindəki azalmanın rəqibləri ilə müqayisədə olduqca məhdud qalması diqqət çəkib.

Eyni dövrdə Almaniyanın avtomobil istehsalçıları olan “Volkswagen” və “Mercedes” şirkətlərinin mənfəəti isə təxminən yarıbayarı azalıb.

Şirkət bu geriləmənin əsas səbəbi kimi avtomobil sənayesində, xüsusilə də Çin bazarında güclənən sərt rəqabət şəraitini göstərib.

Digər tərəfdən, qrup dünya üzrə ümumi avtomobil təhvil vermə həcmini 0,5 faiz artıraraq 2 milyon 463 min 681 ədədə çatdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
40
banco.az

1Mənbələr