AZ

Dəri gödəkçəli snayper - Kim Çen In və qızı tüfəngdən atəş açdılar

Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi obyektlərindən birini ziyarət edib və yeni tüfəngi sınaqdan keçirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bir çox digər hərbi tədbirlərdə olduğu kimi, dövlət başçısını yeniyetmə qızı Kim Cu-e müşayiət edib.

"Yeni tüfəng üstün dizaynı, dəqiqliyi, hədəf təyini və döyüş qabiliyyətinə görə yüksək qiymət aldı. Bu gün mən şəxsən ən yaxşı tüfəngin hazırlandığını gördüm", - deyə Kim Çen In qeyd edib.

Şimali Koreya liderinin qızını hazırda 13 və ya 14 yaşı var və o, atası ilə birlikdə dövlət tədbirlərində müntəzəm olaraq iştirak edir. Cənubi Koreya kəşfiyyatı onun gələcəkdə Kim Çen Inın varisi ola biləcəyinə inanır. 11 martda o və atası yeni "Çoe Hyon" esminesindən kruiz raketlərinin atışlarını müşahidə ediblər. Kim Çen In yeniyetmə qızını bu yaxınlarda KXDR-in raket proqramının nəzarətçisi təyin edib.

Könül
Musavat.com

Seçilən
99
musavat.com

1Mənbələr