“Barselona” “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiolu transfer etmək istəyir.
İdmanxeber.az xəbər verir ki, Kataloniya klubu yay transfer pəncərəsində 24 yaşlı xorvatiyalını heyətinə qatmaq imkanını nəzərdən keçirir. Qvardiolun “Siti” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Müdafiəçi bu mövsüm 23 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.