“Yeraltı” serialının heyətində ayrılıq baş verib.
Musavat.com xəbər verir ki, ekran işində “Sezai” obrazını canlandıran Murat Danacı layihəyə vida edib. Aktyorun canlandırdığı obrazın ssenariyə uyğun olaraq ölməsi səbəbindən onun serialdakı hekayəsi başa çatdırılıb və beləliklə, o, layihədən ayrılıb.
Qeyd edək ki, “Yeraltı” serialı son vaxtlar tamaşaçılar tərəfindən maraqla izlənilir. Serialda baş rolları Devrim Özkan, Uraz Kaygılaroğlu və Deniz Can Aktaş paylaşır.
Könül
Musavat.com