AZ

"Bayern" və "Mançester Siti" "Feyenoord"un ulduzu üçün üz-üzə

Avropanın transfer bazarında sağ cinah müdafiəçilərinə olan tələbat artdıqca, nəhəng klubların hədəf dairəsi gənc istedadlara yönəlib.

Fanat.Az xəbər verir ki, Almaniya nəhəngi "Bayern" yay transfer pəncərəsində "Feyenoord"un cinah oyunçusu Civayro Ridi heyətinə qatmaq üçün hərəkətə keçib.

Məşhur jurnalist Kristian Falkın yaydığı məlumata görə, münhenlilər bu transferdə tək deyillər. İngiltərə çempionu "Mançester Siti" də 18 yaşlı futbolçunun performansını yaxından izləyir və "Bavariya"ya ciddi rəqib qismində çıxış edir.

Hazırda transfer bazarında həm sağ, həm də sol cinah müdafiəçiləri üçün böyük rəqabətin yaşandığı bir vaxtda, Rid hər iki klubun əsas prioritetlərindən biri hesab olunur.

Seçilən
49
fanat.az

1Mənbələr