AZ

Rusiyada məhbusları qorumağa adam TAPILMIR – FSİN-də kəskin KADR ÇATIŞMAZLIĞI

Rusiyada həbsxana gözətçisi tapılmır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Cəzaçəkmə Xidmətinin (FSİN) direktoru Arkadi Qostev məlumat yayıb.

Rusiyada həbsxanalarda məhbuslara nəzarət edəcək şəxsi heyətin çatışmazlığı kritik həddə çatıb.

Federal Cəzaçəkmə Xidmətinin rəhbəri Arkadi Qostev bildirib ki, hazırda qurumda şəxsi heyət qıtlığı 30,5 faizi ötüb.

Direktorun sözlərinə görə, kadr çatışmazlığı cəzaçəkmə müəssisələrində təhlükəsizliyin təmin olunmasına və daxili nizam-intizama ciddi mənfi təsir göstərir.

Hazırda sistemdəki bu kəskin boşluğun aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinə ehtiyac olduğu vurğulanır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
128
interpress.az

1Mənbələr