Türkiyədə növbəti dəfə təbiət hadisəsi baş verib. Bu dəfə paytaxt Ankara silkələnib. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb. Agentlikdən bildirilib ki, Ankaranın Haymana rayonunda ard-arda iki zəlzələ baş verib. Birinci zəlzələ 3,9 bal, ikinci zəlzələ isə 4,1 bal gücündə olub. Hər hansı itki və dağıntı faktı qeydə alınmayîb.