AZ

Həkimə 300 dəfədən artıq müraciət edən QADIN ÖLDÜ

Bir il ərzində 300 dəfədən artıq həkimə müraciət edən İstanbul sakini vəfat edib.

Publika.az "Sabah"a istinadla xəbər verir ki, bu barədə İstanbul Səhiyyə İdarəsinin rəhbəri Abdullah Günər məlumat verib.

Məmurun sözlərinə görə, İstanbul sakinləri orta hesabla ildə 12 dəfə xəstəxanaya müraciət edirlər.

“Amma rekord qıran bir xala tapdıq - ildə 301 dəfə həkimə müraciət edən bir xala var. Allah ona rəhmət eləsin”, - Günər bildirib.

O, pasiyentin hansı şikayətlərlə müraciət etdiyini dəqiqləşdirməyib.

Seçilən
50
publika.az

1Mənbələr