AZ

Azərbaycan və UN-Habitat WUF13 forumuna hazırlıq məsələlərini müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevmartın 12-də BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçıdirektoru Anaklaudia Rossbax ilə görüşüb.

Trend-inməlumatına görə, bu barədə Anar Quliyev "X" sosial şəbəkəsindəyazıb.

O bildirib ki, görüş zamanı may ayında Bakıda keçiriləcəkÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıqprosesini müzakirə edilib.

"Qeyd olunub ki, qarşıdan gələn tədbirə beynəlxalq maraqyüksəkdir və bugünədək artıq 15 000-ə yaxın iştirakçı qeydiyyatdankeçib. Həmçinin Forumun təşkilinə dair əsas məsələlər və hazırlıqçərçivəsində qarşıda duran addımlardan danışdıq. Əminik ki, WUF13dayanıqlı şəhər inkişafı və mənzil siyasəti ilə bağlı qlobalçağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma olacaq.Eyni zamanda, Azərbaycan ilə BMT-nin Məskunlaşma Proqramı arasındaəməkdaşlığın genişləndirilməsi, o cümlədən Qarabağ və ŞərqiZəngəzurda həyata keçirilən birgə layihələr barədə fikir mübadiləsiapardıq", - deyə paylaşımda bildirilib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
108
az.trend.az

1Mənbələr