AZ

ABŞ kəşfiyyatından İranla bağlı gözlənilməz hesabat

ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, ABŞ və İsrailin İslam Respublikasına hücumunun başlamasından təxminən iki həftə keçməsinə baxmayaraq, İran rejimi yaxınlaşan çöküş əlamətləri nümayiş etdirmir.

Redaktor.az xəbər verir ki, bu barədə Amerikanın "CNN" telekanalı məlumat yayıb.

“Bombardmanlar nəticəsində onlarla yüksək rütbəli İran rəsmisi, o cümlədən ali rəhbər ləğv edilib, həmçinin İranın raket potensialına zərbə vurulub. Lakin kəşfiyyatın qiymətləndirmələrinin göstərdiyi kimi, bu, hələlik rejim hakimiyyəti üçün ciddi təhlükə yaratmır”, - materialda deyilir.

Qeyd olunur ki, Ağ Ev nümayəndələri öz bəyanatlarında müharibənin məqsədlərini İranın raket, nüvə və hərbi-dəniz proqramlarının zəiflədilməsi ilə məhdudlaşdırmağa çalışıblar. Bununla belə, onlar rejim dəyişikliyini müharibənin məqsədi deyil, münaqişənin yan təsiri kimi təqdim ediblər. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp silahlı münaqişənin başlanma səbəblərindən biri kimi Tehranda təxminən 50 ildir hökm sürən “terrorçu rejimi” göstərib və iranlıları öz hökumətlərini devirməyə çağırıb.

Sonradan Amerika lideri İrandan “qeydsiz-şərtsiz təslim olmağı” tələb edib. Lakin onun köməkçiləri telekanala bildiriblər ki, görünür, təslim olma barədə bəyanatı İslam Respublikası rejimi deyil, Trampın özü verəcək.

Xədicə BAXIŞLI

Seçilən
66
1
redaktor.az

2Mənbələr