AZ

UEFA “Bavariya” futbolçularının sarı vərəqə məsələsini araşdırmayacaq

UEFA “Bavariya” komandasının futbolçuları Maykl Olise və Coşua Kimmixin Çempionlar Liqasının 1/8 finalında “Atalanta” ilə (6:1) keçirilən ilk oyunda sarı vərəqə almalarını məqsədli olub-olmadığını araşdırmayacağını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, futbolçular artıq sarı vərəqələrin yığılması nəticəsində bir oyunluq diskvalifikasiya alıblar. 

Qeyd edək ki, Olise və Kimmix sarı vərəqələri italiyalı komandaya qarşı görüşün sonlarında, hesab 6:0 ikən alıblar. Daha əvvəl mətbuatda futbolçuların növbəti Çempionlar Liqası turuna qədər səhvləri sıfırlamaq üçün bilərəkdən sarı vərəqə aldıqları barədə ehtimallar irəli sürülmüşdü.

“Bavariya” ilə “Atalanta” arasındakı cavab oyunu 18 martda "Münhen Arena"da keçiriləcək.

Seçilən
24
90deqiqe.az

1Mənbələr