AZ

Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Mayın 12-də İsveçrə Konfederasiyasının federal xarici işlərnaziri İqnasio Kasis Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramova zəng vurub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlərbeynəlxalq və regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdəmövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Mövcud gərginliyin daha da artmasının yolverilməz olduğuvurğulanaraq, böhranın dialoq və diplomatik vasitələrlə həllininvacibliyi qeyd edilib.

İsveçrə naziri ölkəmizə qarşı İran tərəfindən həyata keçirilmişdron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib. O,həmçinin İran ərazisindən İsveçrə vətəndaşlarının təxliyəsinəgöstərilən dəstəyə görə ölkəmizə təşəkkür edib.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə İsveçrəarasında ikitərəfli əməkdaşlıq gündəliyinin mövcud vəziyyəti vəinkişaf perspektivlərini müzakirə ediblər. Bu çərçivədə aprelayında Xarici İşlər Nazirlikləri arasında keçiriləcək siyasiməsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Seçilən
85
11
az.trend.az

10Mənbələr