AZ

“Real Madrid” bu yay Kamavinqanı satmağa hazırdır

“Real Madrid” bu yay yarımmüdafiəçi Eduardo Kamavinqa üçün təklifləri nəzərdən keçirəcək.

İdman.Biz bu barədə “Madrid Xtra”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Los Blancos”un oyunçu üçün təyin etdiyi başlanğıc qiymət 50 milyon avrodur.

Kamavinqa 2021-ci ilin yayından “Real Madrid” klubunda çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 31 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.

İdman.Biz
Seçilən
96
2
idman.biz

3Mənbələr