AZ

Azərbaycab yığması Avropa çempionatına 0:11-lə start verdi

Azərbaycanın qadınlardan ibarət U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, yığma B Liqasının 3-cü qrupunda Belçika ilə qarşılaşıb.

Matç Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubec” stadionunda oynanılıb.

Görüşdə Belçika millisi 11:0 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi növbəti turda Sloveniya ilə qarşılaşacaq (15 mart).

Seçilən
72
sportinfo.az

1Mənbələr