AZ

Litva bəzi Rusiya avtomobillərinin girişinə qadağa tətbiq edəcək

Litva bəzi Rusiya avtomobillərinin girişinə qadağa tətbiq edəcək

Litva Seymi (parlament) Rusiya və Belarusdan gələn, çənində 200 litrdən çox yanacaq olan nəqliyyat vasitələrinin ölkəyə girişinin qadağan edilməsi təklifini nəzərdən keçirməyə razılıq verib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu məsələnin yaz sessiyasının gündəliyinə daxil edilməsinin lehinə 65 deputat səs verib, 1 nəfər əleyhinə çıxıb, 1 nəfər isə bitərəf qalıb.

Gömrük Departamentinin bu təklifi yanvarın sonunda Nazirlər Kabineti tərəfindən bəyənilib. Departamentin iddiasına görə, çənlərdə olan "artıq yanacaq" satılmaq üçün boşaldılır. Bu səbəbdən yanacaq doldurma normasının 200 litr səviyyəsində müəyyən edilməsi təklif olunub.

Qurumun məlumatına görə, Litva ərazisinə sutka ərzində orta hesabla Rusiya və Belarus qeydiyyatlı təxminən 200 yük avtomobili, ay ərzində isə 7,1 min yük maşını daxil olur. Departamentin hesablamalarına əsasən, əgər bir yük maşınının çənindən qanunsuz olaraq 500 litr dizel yanacağı boşaldılarsa, bu, sutkada 100 min litr təşkil edir. Nəticədə dövlət ödənilməmiş vergilər şəklində ayda 2,2 milyon avro itirir.

Seçilən
62
afn.az

1Mənbələr