AZ

Tramp: İran yığmasının DÇ-2026-ya gəlişi məqsədəuyğun deyil

Tramp: İran yığmasının DÇ-2026-ya gəlişi məqsədəuyğun deyil

ABŞ Prezidenti Donald Tramp İran milli futbol komandasının 2026-cı il dünya çempionatında iştirakından məmnun olacaqlarını, lakin təhlükəsizlik təhdidlərinə görə onların gəlişinin məqsədəuyğun olmadığını bildirib.

AFN.az xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"İranın futbol üzrə milli komandası dünya çempionatında xoş qarşılanacaq, lakin mən onların gəlişini həqiqətən münasib hesab etmirəm, bu, elə onların öz təhlükəsizliyi üçündür", — deyə Tramp qeyd edib.

Bundan əvvəl İranın gənclər və idman naziri Əhməd Dünyamali bəyan etmişdi ki, respublika yığması 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak etməyəcək. İranlı futbolçular qrup mərhələsinin hər üç oyununu ABŞ-da keçirməli idilər. Komanda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə eyni qrupda yer almışdı.

Seçilən
25
afn.az

1Mənbələr