AZ

ABŞ 15-16 mart tarixlərində Çinlə ticarət danışıqlarının keçiriləcəyini elan edib

ABŞ 15-16 mart tarixlərində Çinlə ticarət danışıqlarının keçiriləcəyini elan edib

ABŞ-ın maliyyə naziri Skott Bessent Çin nümayəndə heyəti ilə ticarət-iqtisadi danışıqlarda iştirak etmək üçün 15-16 mart tarixlərində Parisə səfər edəcək.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazirliyin açıqlamasına görə, Çin nümayəndə heyətinə Dövlət Şurasının baş nazir müavini He Lifen başçılıq edəcək. Paris görüşü ABŞ Prezidenti Donald Trampın martın 31-nə planlaşdırılan Pekin səfəri öncəsi hazırlıq mərhələsi kimi qiymətləndirilir. Danışıqların əsas mövzularını tariflər, investisiya sazişləri, həmçinin soya və nadir torpaq elementlərinin ticarəti ilə bağlı məsələlərin təşkil edəcəyi gözlənilir.

Seçilən
59
afn.az

1Mənbələr