AZ

“Real” Kamavinqa ilə bağlı təklifləri dəyərləndirə bilər

"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa komandasını dəyişə bilər.

90deqiqe.Az-ın "Madrid Xtra"ya istinadən məlumatına görə, Madrid klubu bu yay fransalı futbolçu üçün gələn təklifləri nəzərdən keçirəcək.

 "Los Blancos"un oyunçu üçün təyin etdiyi başlanğıc qiymət 50 milyon avrodur.

Kamavinqa 2021-ci ilin yayından bəri klubda çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 31 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.

Seçilən
61
2
90deqiqe.az

3Mənbələr