AZ

"Barselona"dan "Mançester Yunayted"ə rədd cavabı: Balde satılmır

Kataloniyanın "Barselona" klubu gənc ulduzu Alexandro Balde ilə bağlı qəti qərarını verib.

Fanat.Az xəbər verir ki, İspaniya təmsilçisi müdafiəçinin "Mançester Yunayted"ə mümkün transferi ilə bağlı yayılan iddiaları təkzib edib.

Məşhur insayder Fabritsio Romanonun verdiyi məlumata görə, klublar arasında bu keçidlə bağlı heç bir rəsmi danışıq aparılmayıb.

Klub rəhbərliyi Baldeni komandanın gələcək layihəsinin toxunulmaz simalarından biri kimi görür.

Seçilən
24
1
fanat.az

2Mənbələr