
ABŞ-nin Miçiqan ştatının Oklend dairəsinin Vest Blumfild şəhərindəki sinaqoqun qarşısında atışma baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Ölkənin Federal Təhlükəsizlik Bürosunun məlumatına görə, avtomobil sinaqoqa çırpılıb və nəticədə aktiv atışma baş verib. Hadisə yerində yanğın baş verib.
Oklend dairəsinin şerifi Maykl Buşar bildirib ki, ilkin məlumatlara görə, atışmada silahlı şəxsdən başqa heç kim xəsarət almayıb. O bildirib ki, şübhəli sinaqoqa daxil olub, təhlükəsizlik işçiləri tərəfindən görülüb və atışma baş verib.