AZ

Türkiyənin Azərbaycan üçün yeri əvəzedilməzdir



Türkiyənin iranlaşması tendensiyası çox təhlükəli məqamlardan xəbər verir. İran hakimiyyətinin on illərlə yürütdüyü siyasət davam edən müharibəni labüd etdi. Bu müharibədə kimin qalib, kimin məğlub olmasından asılı olmayaraq hər kəs məğlub hesab olunacaq. Çünki seyr etdiyimiz dağıntıların bərpa olunması tərəflərin illərini alacaq, insan itkiləri baxımından isə mənəvi olaraq heç vaxt bərpa olunmayacaq.
Türkiyənin İsrailə qarşı siyasətinin mahiyyəti elə onun mahiyyətsizliyindədir. Məsələ ondadır ki, vaxtilə Türkiyə və İsrail arasında mövcud olan münasibətlərin strateji xarakterinin Fələstin səbəbindən pozulması məntiqsizdir. Çünki Türkiyədə mövcud olan ABŞ hərbi bazalarının əsas məqsədi İsrailin təhlükəsizliyini qorumaq üçündür. Məsələn, Malatyadakı hava hücumundan erkən xəbərdarlıq radarı kimi və bir neçə baza kimi. Vaxtilə İsrail hərbi təyyarələri Türkiyə hava məkanında təlim keçirdilər öz əraziləri kiçik olduğu üçün. Və onda da İsraillə Fələstin məsələsi daha kəskin davam edirdi. Onda Türkiyə niyə indiki reaksiyanı göstərmirdi? "One minute" və "Mavi Mərmərə" olaylarından sonra Türkiyə ərəb dünyasında liderlik üçün addım atdı, amma ərəblər bunu qəbul etmədilər.
Türkiyənin Azərbaycan üçün yeri əvəzedilməzdir. Bunları deməkdə məqsədimiz Türkiyənin özünü zorla İsrailə qarşı İranın yerinə qoymasının yanlış olduğunu deməkdir. Biz, Türkiyənin müsəlman həmrəyliyini də, İrandakı azərbaycanlıların azadlıq arzularını separatçılıq kimi qəbul etməsini də başa düşürük. Amma özünü zorla hədəfə çevirməsini başa düşmürük sözün hərfi mənasında, yoxsa proseslərin hardan gəlib, hara getdiyini yaxşı bilirik.

Azər Qasımov
Seçilən
44
1
newscenter.az

2Mənbələr