AZ

Yaxın Şərqdə QALMAQAL: Nasist salamı verənlərin görüntüləri YAYILDI – VİDEO

Yaxın Şərqdə qalmaqal: Nasist salamı verənlərin görüntüləri yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Yaxın Şərq ölkələrində bəzi qrupların nasist salamından (“ziqa”) kütləvi şəkildə istifadə etməsi ilə bağlı görüntülər yayılmağa başlayıb.

Bildirilir ki, bu hərəkətlər bölgədəki radikal meyllərin və antisemitizm hisslərinin artması fonunda baş verir.

Məlumata görə, sözügedən aksiyalarda iştirak edən şəxslər vaxtilə yəhudiləri və slavyanları kütləvi şəkildə qətlə yetirmiş Adolf Hitlerin şəxsiyyətinə və ideologiyasına rəğbət nümayiş etdirirlər.

Onlar Hitlerin fəaliyyətinə bəraət qazandıraraq nasist rəmzlərindən istifadə edirlər.

Bu cür radikal və provokativ davranışlar beynəlxalq ictimaiyyət, hüquq müdafiəçiləri və dünya liderləri tərəfindən kəskin etirazla qarşılanır.

Ekspertlər xəbərdarlıq edirlər ki, nasist ideologiyasının bu formada təbliği qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır.

Hazırda bir çox beynəlxalq təşkilat bu cür nifrət çıxışlarının qarşısının alınması üçün çağırışlar edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
88
interpress.az

1Mənbələr