ain.az, Bizim media saytına istinadən bildirir.
Gəncədə bədbəxt hadisə nəticəsində 13 yaşlı qız xəsarət alıb. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yeniyetmə hündürmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 2013-cü il təvəllüdlü X.Fərəzəliyeva Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.