AZ

Maşın tüstüsünə bağıran cəmiyyət raket zəhərinə göz yumur ŞƏRH

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Gündəlik həyatımızda avtomobillərin rəngsiz tüstüsünü və karbon ayaq izimizi müzakirə etdiyimiz bir dövrdə, müasir müharibələrin ekoloji terroru sanki görünməz qalır. Bir neçə saniyə ərzində tonlarla yüksək toksik yanacaq yandıran raketlər atmosferin ən həssas qatlarını zəhərləyərək, minlərlə maşının illərlə yaratdığı zərəri bir göz qırpımında reallaşdırır. Təbiət dostlarının sıravi vətəndaşın hər addımına nəzarət etdiyi dünyada, hərbi sənayenin və raket buraxılışlarının yaratdığı bu nəhəng kimyəvi fəlakətə qarşı nümayiş etdirilən sükut ciddi suallar doğurur. Meşələri külə, torpağı isə ağır metallar anbarına çevirən müharibə emissiyaları, təəssüf ki, beynəlxalq iqlim sazişlərinin "toxunulmaz" bəndləri arasında gizlədilir. Görünən odur ki, ekologiya uğrunda mübarizə aparan qlobal güclər, raket yanacağının tüstüsü qarşısında öz prinsiplərini "milli təhlükəsizlik" bəhanəsi ilə qurban verirlər. Bu paradoks, müasir ekoloji hərəkatların səmimiyyətini sınağa çəkən ən böyük reallıqdır.Bu barədə Demokrat.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, imperialist müharibələrə və onların ağır fəsadlarına qarşı ilk növbədə hökumətlər, eləcə də beynəlxalq təşkilatlar etiraz etməlidirlər:“Bu təşkilatlara Aİ və BMT kimi qurumlar etiraz etməli, aqressoru dayandırmaq üçün real addımlar atmalıdırlar. Bəli, avtomobillərdən çıxan qazların ətraf mühitə zərərli olduğu danılmaz faktdır. Lakin müharibələr zamanı təyyarələrdən atılan bombalar insanların həyatına son qoyur, minlərlə insan yaralanır, ev-eşikləri dağıdılır. Partlayışlardan sonra havaya yayılan zəhərli maddələr, toz və tüstü insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Neft anbarlarının və sənaye obyektlərinin bombalanması nəticəsində əmələ gələn zəhərli hava kütlələri isə atmosferdə külək və hava sirkulyasiyası vasitəsilə sərhədləri aşaraq digər ölkələrə yayılır. Bu gün İranın bombalanması fonunda yaranan ekoloji risklər region ölkələrinə, o cümlədən bizim ölkəyə də mənfi təsir göstərə və ekoloji problemlərə səbəb ola bilər”.O qeyd edib ki, “çevrə dostları” yalnız bu risklərə diqqət çəkir, mümkün zərərləri cəmiyyətə çatdırır və xəbərdarlıq edirlər:“Təəssüf ki, dünya dövlətlərinin isə çox vaxt buna ciddi reaksiyası görünmür. Bu xüsusilə Avropanın bəzi ölkələrinə də aiddir. ABŞ vətəndaşları arasında da bu müharibəyə etirazlar olsa da, hələlik bu etirazlar kütləvi xarakter almayıb. Müharibələrin yaratdığı ekoloji və humanitar zərərin böyük hissəsini region ölkələri və münaqişə zonasına yaxın dövlətlər çəkir. Buarada məqsəd eynidir - insanı və ətraf mühiti qorumaq. Dəyərli mətbuatımızdan da bu məsələlərə daha həssas yanaşma gözləyirik”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
demokrat.az

1Mənbələr