AZ

İran Yaxın Şərqdə ABŞ ilə əlaqəli neft və qaz infrastrukturunu məhv etməklə hədələyib

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran Birləşmiş Ştatları hədələyib.Newscenter.az TASS-a istinadən bildirir ki, İslam Respublikasının Silahlı Qüvvələrin Baş Qərargahı belə bir təhdid bəyanatı ilə çıxış edib.Belə ki, sözügedən hərbi qurum İranın enerji obyektlərinə hücum ediləcəyi təqdirdə ağır cavab atəşlərinin baş verəcəyini bəyan edib. Silahlı Qüvvələrin Baş Qərargahı bildirib ki, belə bir hal baş verəcəyi təqdirdə, İran Yaxın Şərqdə ABŞ-la əlaqəli bütün neft və qaz infrastrukturunu məhv edəcək.Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran isə bunun qarşılığında cavab zərbələri kimi Amerikanın Yaxın Şərq ölkələrindəki hərbi bzalarını vurur.Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
newscenter.az

1Mənbələr