AZ

Argentina Futbol Federasiyası Finalissimanın İspaniyada keçirilməsinə reaksiya verib

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia İspaniya və Argentina arasında keçiriləcək Finalissima matçının Dohadan Madridə keçirilməsi ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.

Daha əvvəl matçın Madridin “Santyaqo Bernabeu” stadionunda keçirilə biləcəyi bildirilirdi.

“Biz İspaniya ilə əməkdaşlığa başlayacağıq, çünki İspaniya Finalissimanın öz ərazisində keçirilməsini istəyir və mən də onun (Buenos Ayresdəki) “Estadio Monumental” stadionunda keçirilməsini istəyirəm”, - Tapia deyib.

Oyunun əvvəlcə 27 martda Qətərdəki “Lusail” stadionunda keçirilməsi planlaşdırılırdı.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
icma.az

2Mənbələr