AZ

İraqın şimalında dron hücumu nəticəsində altı Fransa vətəndaşı yaralanıb

İraqın şimalında, İraq Kürdüstan Regionunun rayonlarından birində dron hücumu nəticəsində altı Fransa vətəndaşı yaralanıb.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum Ərbil yaxınlığındakı kürd milis dəstələrinin düşərgəsinə olub.

“Shafaq News” portalının yaydığı məlumata görə isə kürd qüvvələri və Fransa ordusunun birgə bazası dron hücumuna məruz qalıb.

Seçilən
57
1
apa.az

2Mənbələr