AZ

İranla bağlı məlumat Ağ Evi qəzəbləndirdi

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kaliforniyada İran tərəfindən mümkün təhlükə ilə bağlı yayılan məlumat ABŞ administrasiyasında narazılıq yaradıb.

"Ölkə.az" xəbər verir ki, Ağ Ev ABC News-un dərc etdiyi materialı sərt şəkildə tənqid edib.

Administrasiyanın mətbuat katibi bildirib ki, sözügedən məlumat yalan informasiya ehtiva edir və belə xəbərlərin yayılması düzgün deyil. Onun sözlərinə görə, material ictimaiyyəti çaşdırır və buna görə də silinməlidir.

Ağ Ev rəsmisi vurğulayıb ki, İran tərəfindən ABŞ üçün hər hansı real təhlükə mövcud deyil və belə bir təhlükə heç vaxt da olmayıb.

Bu açıqlama FTB-nin mümkün dron hücumu ilə bağlı xəbərdarlığı və ABŞ mediasında yayılan iddialardan sonra verilib. Beləliklə, Vaşinqton rəsmi səviyyədə Kaliforniya istiqamətində İran təhdidi barədə məlumatları təkzib etmiş oldu.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
4
olke.az

10Mənbələr