AZ

ABŞ, Aİ və Yaponiya faydalı qazıntılar üzrə yeni sazişi müzakirə edə bilər

BAKI, 13 mart. TELEQRAF

ABŞ, Avropa İttifaqı və Yaponiya kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində yeni ticarət sazişinin əsaslarının yaradılması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qririn apreldə Brüssel və Tokio ilə danışıqlara başlaması gözlənilir. Bu, maraqlı tərəflərin təkliflərinin toplanması prosesinin martın 19-da başa çatmasından sonra baş verə bilər.

Agentliyin məlumatına görə, ABŞ və Yaponiyanın planlarla bağlı açıqlaması Yaponiyanın baş naziri Sanae Takaçinin Ağ Evə planlaşdırılan səfəri ilə eyni vaxta təsadüf edə bilər. Həmin səfərin də martın 19-da baş tutması gözlənilir.

Bildirilir ki, tərəflər arasında ticarət sazişi ilə bağlı danışıqlar mövzusu “Böyük yeddilik” (G7) sammitinin gündəliyinə də daxil edilib.

Seçilən
53
teleqraf.com

1Mənbələr