AZ

İtaliya vergidən yayınmaya görə Amazonu məhkəməyə verəcək

Milan prokurorluğu Amazonun Avropadakı törəmə şirkətinin vergidən yayınmaya görə 4 menecerinin məhkəməyə verilməsini tələb edib.

APA xəbər verir ki, ANSA agentliyinin yaydığı məlumata görə, iş Aİ-nin maliyyə və gömrük qaydalarına edilən dəyişikliklərə əməl edilməməsi ilə bağlıdır ki, bu da şirkətin 2019-2021-ci illər arasında 1,2 milyard avro ƏDV ödəməməsinə səbəb olub.

Prokurorluğun tələbi İtaliya Maliyyə Nazirliyinin araşdırmasından sonra irəli sürülüb. Şirkət əvvəllər İtaliya vergi agentliyi ilə 527 milyon avronun ödənilməsi ilə bağlı razılığa gəlib.

Amazon şirkəti ədalətsiz məhkəmə araşdırması aparıldığını iddia edib və əsassız ittihamlara qarşı özünü müdafiə etmək niyyətindədir.

Digər böyük xarici şirkətlər kimi, Amazon da müxtəlif vergi pozuntuları və bazar sui-istifadələrinə görə İtaliyada dəfələrlə milyonlarla dollar məbləğində cərimələrə məruz qalıb.

Seçilən
88
1
apa.az

2Mənbələr