AZ

ABŞ, Aİ və Yaponiya faydalı qazıntılar üzrə saziş barədə danışıqlar aparacaq

ABŞ, Aİ və Yaponiya faydalı qazıntılar üzrə saziş barədə danışıqlar aparacaq

ABŞ, Yaponiya və Avropa İttifaqı strateji əhəmiyyətli faydalı qazıntılar sahəsində yeni ticarət əməkdaşlığına başlamağa hazırlaşır.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Agentliyin xəbərinə görə, yaxın həftələrdə tərəflər arasında yeni sazişin əsaslarının elan ediləcəyi gözlənilir.

Bildirilir ki, ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir martın sonuna qədər hazırlıqları tamamlayaraq, aprel ayında Tokio və Brüssel ilə rəsmi danışıqlara başlamağı planlaşdırır. Bu əməkdaşlıqla bağlı ilkin elanın Yaponiya Baş naziri Sanae Takaitinin martın 19-da Ağ Evə planlaşdırılan səfəri zamanı verilə biləcəyi ehtimal olunur.

Məsələ artıq "Böyük Yeddilik" (G7) ölkələrinin gündəliyinə də daxil edilib. Əsas hədəf isə kritik mineralların tədarükü zəncirində Çindən olan asılılığı azaltmaq və bu sahədə qərb müttəfiqləri arasında birgə ticarət mexanizmi yaratmaqdır.

Seçilən
98
afn.az

1Mənbələr