AZ

Yulafın gözlənilməz faydası

Ümumi praktika həkimi Poonam Desai bildirib ki, xüsusi pəhrizin köməyi ilə xolesterinin səviyyəsini iki gün ərzində azaltmaq mümkündür.

Redaktor.az xəbər verir ki, o, həyati əhəmiyyət daşıyan bu göstəricini nəzarətdə saxlamağın üsulundan "BBC" telekanalının səhər proqramında danışıb.

Həkimin sözlərinə görə, xolesterini azaltmaq üçün 48 saatlıq pəhriz tətbiq etmək olar. Bu pəhrizin əsasını isə yulaf tərkibli məhsullar təşkil edir. Belə qidalanma planına görə, iki gün ərzində kalori qəbulu azaldılmalı və əsasən yulafdan hazırlanan yeməklərə üstünlük verilməlidir.

Mütəxəssis bildirib ki, bu cür qidalanma “pis” xolesterinin səviyyəsini azaltmağa kömək edir. Aparılan təcrübələrdən birində 48 saatlıq pəhrizə əməl edən iştirakçılarda bu göstəricinin orta hesabla 10 faiz azaldığı müşahidə olunub.

Desai bunu yulafın tərkibində çoxlu həll olunan liflərin olması ilə izah edib. Bu liflər həzm sistemində xolesterini bağlayır və onun qana sorulmasını azaldır. Nəticədə ürək-damar sağlamlığının göstəriciləri yaxşılaşa bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
56
1
redaktor.az

2Mənbələr