AZ

ABŞ Rusiyaya neft satışına müvəqqəti icazə verdi

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

ABŞ Rusiyaya məxsus bəzi neft yüklərinin satışına məhdud müddət üçün icazə verib.

BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin qərarında qeyd olunub.

Məlumata görə, verilən xüsusi lisenziya 12 mart – 12 aprel tarixlərini əhatə edir və yalnız artıq tankerlərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının satışına şamil olunur. Qərar 12 mart 2026-cı il tarixinədək gəmilərə yüklənmiş enerji məhsullarının tədarükü və satışı üçün nəzərdə tutulub.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, bu icazə yalnız hazırda tranzitdə olan neft yüklərinə aiddir və yeni tədarükləri əhatə etmir. Onun sözlərinə görə, addımın məqsədi qlobal enerji bazarında mövcud yanacaq tədarükünün sabitliyini qorumaqdır.

Nazir vurğulayıb ki, qısa müddətli və məhdud xarakter daşıyan bu qərarın Rusiya hökumətinə ciddi maliyyə üstünlüyü gətirməsi gözlənilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
98
1
baku.ws

10Mənbələr