AZ

Fələstinin acısından istifadə edib Azərbaycana dil uzatmaq nə vicdandır, nə də əxlaq

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycanı mühakimə etməzdən əvvəl hər kəs öz vicdanına baxmalıdır. Otuz il Qarabağ işğal altında olanda susanlar bu gün "vicdan" şüarları ilə qışqırıaraq heç kimi inandıra bilməzlər. Azərbaycan acının nə demək olduğunu bilən bir xalqdır. Buna görə də Fələstin xalqının yaşadığı dramı anlamaq üçün heç kimə dərs lazım deyil".Newscenter.az xəbər verir ki, bunları Dünya Türk Qadınlar Platformasının qurucusu Günay Əliyeva Türkiyənin DEM Partiyasından olan millət vəkili Ömer Faruk Gergerlioğlunun TBMM-də Azərbaycan dövləti və onun prezidenti İlham Əliyevin əleyhinə söylədiyi fikirlərə diqqət çəkərkən səsləndirib. Günay Əliyeva bildirib ki, Prezident İlham Əliyevin İsraillə bağlı ifadə etdiyi dostluq ölkələr arasında diplomatik münasibətlərin tərifidir:"Hakimiyyət şüarlarla deyil, strategiya və milli maraqla idarə olunur. Fələstinin acısından istifadə edib Azərbaycana dil uzatmaq nə vicdandır, nə də əxlaqdır. Bu sadəcə ucuz populizmdir".Günay Əliyevanın sözlərinə görə, Azərbaycana şər atmaqla gündəm yaratmağa çalışanlar bilməlidirlər ki, Azərbaycan kiminsə barmaq silkələməsinə boyun əyməz:"Hər kəs həddini bilsin"Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
newscenter.az

2Mənbələr