Pakistan Əfqanıstanın Kabil şəhərinin şərqində mülki evlərə endirdiyi hava hücumu nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb.
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanda paytaxtı polisinin sözçüsü Xalid Zadran özünün « Twitter » hesabında yazıb. O qeyd edib ki, qurbanlar arasında qadın və uşaqlar da var :
"Kabilin 21-ci rayonunun Quzar bölgəsində Pakistan rejiminin hava hücumu nəticəsində mülki evlər hədəfə alınıb. Bu hücum nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb".
Pakistanın yüksək vəzifəli təhlükəsizlik rəsmisi anonimlik şərti ilə AFP-yə verdiyi açıqlamada İslamabadın Əfqanıstanda gecə saatlarında həyata keçirdiyi hava hücumlarını təsdiqləyib.
Aydın Baxış