2025-ci il ərzində “ApplePay” və “GooglePay” vasitəsilə aparılan ödənişlərin sayı 2024-cü illə müqayisədə 67%, həcmi isə 66% artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə istifadəçilər tərəfindən POS-terminallar vasitəsilə aparılan hər 2 təmassız ödənişdən 1-i məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.