AZ

İran Türkiyəyə 3-cü dəfə raket atıb?

Türkiyənin Adana və Batman şəhərlərində gecəyarısı səmada naməlum obyekt görünüb.  

"Unikal" xəbər verir ki, şəhərlərdə həyəcan siqnalı verilib, bu, qısa zamanda insanlar arasında çaxnaşmaya səbəb olub. 

İddialara görə, Adanadakı İncirlik Hərbi Hava Bazasında həyəcan siqnalı verilib, Batman Hava Limanı ətrafında da səslər eşidilib.  

Bəzi sosial media istifadəçiləri səmada hərəkət edən və sonradan məhv edilən bir obyektin görüntülərini paylaşıblar. Paylaşımlarda obyektin İran tərəfindən atılan raket ola biləcəyi irəli sürülüb. Lakin bu iddialar hələ rəsmi olaraq təsdiqlənməyib.

Gülayə Mecid 

Seçilən
34
1
unikal.az

2Mənbələr