AZ

Xameneyinin arvadı ABŞ və İsrailin İrana hava hücumlarından sağ çıxıb

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

"Mərhum inqilab liderinin həyat yoldaşı sağdır və onun ölüm xəbərləri yalandır"

İranın öldürülən Ali Rəhbəri Seyid Əli Xameneyinin arvadı Mənsurə Xocəst Bağırzadə sağdır. Onun ölüm xəbəri yalandır.  AYNA.AZ xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qeyd edək ki, xarici media onun ölüm xəbərini 2 martda yayıb və yaralandıqdan bir neçə gün sonra öldüyünü yazıb.

“Fars” agentliyi isə mənbəni göstərmədən Bağırzadənin sağ olduğu barədə məlumat yayıb.

Məlumatda deyilir: "Mərhum inqilab liderinin həyat yoldaşı sağdır və onun ölüm xəbərləri yalandır".

Qeyd edək ki, 79 yaşlı Bağırzadə 1964-cü ildə Xameneyi ilə ailə qurub. Mənsurə Xocəstə İran Radio və Televiziya Korporasiyasının (IRIB) keçmiş direktor müavini Həsən Xocəst Bağırzadənin bacısıdır.

Xatırladaq ki, Xameneyi 28 fevralda ABŞ-İsrail birgə əməliyyatında öldürülüb. İran hakimiyyəti onun ölümü ilə əlaqədar 40 günlük milli matəm elan edib.

“Fars” həmçinin İranın keçmiş Ali Rəhbərinin qızı, gəlini, nəvəsi və kürəkəninin ölümü barədə məlumat yayıb. Onların adları rəsmi olaraq açıqlanmayıb.

“The Times of India” qəzetinin məlumatına görə, Xameneyinin altı övladı - dörd oğlu və iki qızı, yeddi nəvəsi var. İkinci oğlu Müctəba atasının ölümündən sonra İranın yeni Ali Rəhbəri seçilib. Mənsurə Xocəst Bağırzadə onun anasıdır. Müctəba Xameneyi martın 12-də bacısı və həyat yoldaşının ölümünü təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
ayna.az

1Mənbələr