AZ

“Arsenal” “Leypsiq”in futbolçusunun transferi ilə bağlı danışıqlara başlayıb

“Arsenal” “RB Leypsiq”in mərkəz müdafiəçisi Kastello Lukeba ilə müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

İdman.Biz-in “L'Equipe”ə istinadən məlumatına görə, fransız futbolçu Almaniya klubundan ayrılmağı planlaşdırır.

Mənbənin məlumatına görə, “Leypsiq” 23 yaşlı futbolçu üçün 60-70 milyon avro transfer haqqı tələb edir. “Arsenal”ın skautu 21 fevralda Bundesliqada “Borussiya Dortmund”la 2:2 hesablı heç-heçə zamanı Lukebanı müşahidə edib. Müdafiəçi karyerasını İngiltərə və ya İspaniya liqasında davam etdirmək istəyir.

Lukeba bu mövsüm bütün turnirlərdə 23 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.

İdman.Biz
Seçilən
10
1
idman.biz

2Mənbələr