Bakı. Trend:
ABŞ administrasiyası məcburi əməkdən istifadə etməklə istehsalolunan malların idxalına dair qaydalarına görə təxminən 60 ölkəyəqarşı ticarət proseduru başladıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Ticarət Nümayəndəliyinin12 martda yayımlanan açıqlamasında bildirilib.
Açıqlamada deyilib ki, sözügedən dövlətlərdə ola bilər ki,"məcburi əməkdən istifadə edilməklə istehsal olunan mallarınidxalına qadağa qoymamış və ya effektiv şəkildə tətbiqedilməyib".
Rəsmi Vaşinqton bunun ABŞ ticarətinə hər hansı bir mənfitəsirinin olub-olmadığını müəyyən etmək istəyir. ABŞadministrasiyası qeyd edib ki, belə bir qadağa ABŞ-dəqüvvədədir.