AZ

Azərbaycan Premyer Liqası: “Sumqayıt” “Şamaxı”ya qarşı

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bu gün futbol üzrə Misli Premyer Liqasının 24-cü turu çərçivəsində ikinci qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Sumqayıt” “Şamaxı”nı qəbul edəcək.

Oyun saat 20:30-da başlayacaq. “Sumqayıt” 32 xalla turnir cədvəlinin altıncı pilləsində yer alıb. 27 xala malik “Şamaxı” isə səkkizincidir.

Misli Premyer Liqası

Üçüncü dövrə, 24-cü tur

13 mart

20:30. “Sumqayıt” - “Şamaxı”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.

VAR: Əli Əliyev.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
1
icma.az

2Mənbələr