AZ

UEFA "Çelsi"nin vingerinə qarşı araşdırmaya başladı - PSJ-yə qarşı oynamayacaq

UEFA Çempionlar Liqasının 1/8 finalında PSJ ilə oyunda idmançıya yaraşmayan hərəkətlərə görə "Çelsi"nin hücumçusu Pedru Netuya qarşı intizam işi açıb.

Fanat.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Hadisə London komandasının 2:5 hesabı ilə uduzduğu 1/8 final mərhələsinin ilk oyununun sonunda baş verib. Portuqaliyalı topu oyuna qaytarmağa çalışarkən topdaşıyan oğlanı itələyib və nəticədə hər iki komandanın futbolçuları arasında böyük dava baş verib.

Futbolçu daha sonra hərəkətlərinə görə üzr istəyərək, onları emosional adlandırdı və topdaşıyana formasını hədiyyə edib.

Netu özünü müdafiə edərək belə deyib: "Uduzurduq və oyunun qızğın vaxtında topu tez əldə etmək istəyirdim, ona görə də onu bir az itələdim. Mən əslində belə kobud deyiləm. Bu, oyunun qızğın vaxtında baş verdi. Ona köynəyimi verdim. Bilirəm ki, ondan üzr istəməliyəm".

"Çelsi"nin baş məşqçisi Liam Rosenyor da hadisəyə görə klub adından üzr istəyib.

İşə baxılana qədər Netu 17 fevralda PSJ ilə keçiriləcək cavab oyununda iştirak edə bilməyəcək.

25 yaşlı portuqaliyalı bu mövsüm "mavilər"in heyətində bütün turnirlərdə 42 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
 

Seçilən
23
1
fanat.az

2Mənbələr