AZ

“İşte Benim Stilim”in iştirakçısının meyiti tapıldı — FOTOLAR

“İşte Benim Stilim” müsabiqəsi ilə tanınan Ayşegül Eraslanın evində ölü tapılması barədə xəbərlər yayılıb. Sosial media fenomeninin yaxınlarının səhər saatlarında vəziyyətdən xəbər tutaraq aidiyyatı qurumlara məlumat verdiyi bildirilir.

NOCOMMENT.az haberler-ə istinadla bildirir ki, hadisə yerinə gələn tibbi yardım heyəti gənc qadının həyatını itirdiyini müəyyən edib. Polis əməkdaşları faktla bağlı araşdırmalara başlayıb. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün ekspertizanın keçiriləcəyi gözlənilir.

Ayşegülün sosial media hesabındakı son paylaşımları hadisənin inti..r olması ehtimalını artırıb. O, instaqram hesabında paylaşmadığı və kimsənin bilmədiyi şeylərin olduğunu qeyd edərək sadəcə yaxşı insan olduğunu vurğulayıb. Bu mesajdan dərhal sonra hesabda qanlı qeyd fotosunun paylaşılması izləyicilər arasında böyük narahatlıq yaradıb. Hazırda hüquq-mühafizə orqanları bu paylaşımların hadisə ilə əlaqəsini və ölümün təfərrüatlarını araşdırır.

Qeyd edək ki, İstanbulda doğulan 27 yaşlı Ayşegül Eraslan moda dizayneri kimi fəaliyyət göstərib. Televiziya layihəsindən sonra böyük kütlə tərəfindən tanınan dizayner İstanbuldakı emalatxanasında işlərini davam etdirirdi. Bir çox defilələrin açılış libaslarına imza atan gənc qadının qəfil ölümü sevənlərini sarsıdıb.//Demokrat.az
















Seçilən
17
1
nocomment.az

2Mənbələr