AZ

Şəhid övladları üçün qış düşərgəsi reallaşdırılıb

"YAŞAT" Fondunun təşkilatçılığı ilə Qəbələdə, "Tufandağ" qış-yay istirahət kompleksində şəhidlərimizin övladları üçün üçüncü qış düşərgəsi reallaşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Məqsəd iştirakçılar arasında qış mövsümünə uyğun idman növlərinə marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də yeni dostluq münasibətlərinin formalaşdırılması üçün şərait yaratmaqdır.

Düşərgədə Sumqayıt və Abşeron ərazilərində yaşayan 13-15 yaş aralığındakı şəhid övladları iştirak ediblər.

Seçilən
9
far.az

1Mənbələr